Onların gözünü qan örtüb, amandı yol verməyin!

Onların gözünü qan örtüb,  amandı yol verməyin!
SOSİAL
12:58 11.07.2018
10437
Elçin Əlibəyli,
Tanınmış telejurnalist

 
Əziz gəncəlilər! 
Özümdə cəsarət tapıb sizə müraciət edirəm. Gəncə mənim üçün yenilməzlik simvolu, mədəniyyət, elm, təhsil və 100 yaşı olan cümhuriyyətimizin beşiyidir. Tarixi xatırlatmaq istəmirəm, bunu məndən də yaxşı Gəncənin hər sakini bilir. Sonadək rus imperiyasına müqavimət göstərən, cümhuriyyətimizə qollarını açan, bolşevik işğalına üsyan edən, Birinci Qarabağ savaşında qəhrəmanları ilə öndə olan siz gəncəlilər savaşqan ruhunuzla ilə bərabər, çox saf, inanclısınız. Elə bu saflığınızdan istifadə edib 1993-cü ildə yad fitnəsi ilə dövlətçiliyimizə qəsd olundu. Onda sizin vətənpərvərliyinizdən, ölkəni xilas etmək istəyinizdən istifadə edib oyun quranlar əslində dövləti sarsıtmaq istəyirdilər. Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət olunanda dərhal vəzifəyə seçilməyə razılıq vermədi, üz tutdu Gəncəyə. Gəldi sizin yanınıza, çünki o sizi çox yaxşı tanıyırdı və bilirdi ki, sizin iradəniz olmasa Azərbaycan olmaz! Siz iradənizi göstərdiniz! Heydər Əliyev tezliklə sizin etimadınızdan istifadə edən insanların əsl simasını göstərdi. Mahir siyasəti, səbri ilə dövləti sarsılmağa qoymadı və bu işdə məhz siz gəncəlilər ona arxa oldunuz! 

Gəncənin mərd oğulları heç vaxt məkrli ermənilərin baş qaldırıb, qan tökməsinə macal verməyib. Elə yaxın 100 ildə məhz sizin döyüşkən türk ruhu erməninin burnunu əzməyə imkan verdi. Qarabağ savaşında ermənilərin hədəfi Gəncə idi. Amma, həmin illər Gəncədə hərə bir qəhrəman oldu və erməni arzusunu ürəyində qoydu. Siz Heydər Əliyevə inanıb döyüşə atıldınız, neçə şanlı şəhidiniz, qaziniz var! Şəhəri də, ona hətta uzaq olan yüksəklikləri ordumuz qorudu. Buna görə bu gün Gəncə sabit, rahat bir yurda çevrilib.

Sizin inanclı olduğunuzu elə-belə vurğulamadım. Qədim şəhər kimi, adətləri qoruyub saxlamısınız, dinə inamı yaşatmısınız. Sovet dönəmində nə repressiyalar, nə qadağalar sizi bu inancdan döndərə bilmədi. Bu gün də siz inancınıza sadiqsiniz və bunu qadağasız, rahatlıqla icra edirsiniz. 
Cümhuriyyətimizin 100 illik ildönümünü qeyd etdiyimiz vaxt, yenə dövlətçiliyimizə, müstəqilliyimizə qara əllər uzanır. Naliyyətlərimizi və ən başlıcası müstəqilliyimizi həzm edə bilməyən qonşular bizi içdən parçalamaq arzusundadırlar. Neçə gündür şəhərdə baş verən hadisə onun siqnalıdır. Dünən isə beyni zombiləşmiş, millətindən, dövlətindən iraq düşüb, yadların fitvası ilə oturub duran dəstə ayağa qalxdı. Ən dəhşətlisi, dövlətimizi sarsıtmaq istəyən bu qrupun iki polis zabitini şəhid etməsi oldu. Mən deyilənlərə inanmaq istəmirdim, çünki Gəncədə ağsaqqal sözü, böyük məsləhəti həmişə keçərli olub. Mən inanmıram ki, orada bir ağsaqqal dövlətinin sarsılmağını, polis zabitlərinin bıçaqlanmasını istəyə. Artıq bu zombiləşmiş dəstə sizin yox, sifarişçilərinin sözünü yerinə yetirir. Onların davası din, inanc davası deyil, dərk etmədən bizə qənim olanların əlində alətə çevriliblər. Heç bir din davasından söhbət gedə bilməz, onların çoxu fanatizmin pik nöqtəsinə çatıb və dinimizə zidd əməl olan qan tökməyə əl atıblar. Onların gözünü qan örtüb, onlar bu ölkəni Əfqanıstana çevirmək istəyirlər, amandı yol verməyin!

Bu gün dövlətimizin başındı duran İlham Əliyev Gəncəyə çox böyük dəyər verir. O Gəncənin tarixdə, mədəniyyətdə, iqtisadiyyatda və ən başlıcası dövlət bütövlüyümüzdə yerini çox yaxşı bilir. Dəfələrlə səfərə gəlib və hər dəfəsində şəhər üçün əhəmiyyətli bir işin təməlini qoyub. Siz də ona hər zaman dəstək olmuşunuz.

İndi söz sizindir! Yenidən öz iradənizi ortaya qoymalısınız! Ölkəni viran qoymaq istəyənlərə meydan verməyin. Dövlətimizə qəsd edənləri yolundan döndərin! Sizin müdrikliyinizə inanıram. O iki şəhid polis zabiti sizin asayişiniz üçün canından keçdi. Siz imkan verməyin içimizə salınan bu xəstəlik yayılsın. Siz dövlətçiliyimizi beşiyi olan şəhərin sakinlərisiniz, üzərinizdə tarixi, mənəvi yük var! Bu yükü çiyin-çiyinə verib, birlikdə qaldıraq, bizə miras qalan dövlətimizi qoruyaq!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
21:41 28.06.2025
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı