Onların məhkəməsi bu gün keçiriləcək

Onların məhkəməsi bu gün keçiriləcək
SİYASƏT
09:33 21.01.2025
312
Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə bu gün məhkəmənin növbəti iclası keçiriləcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası davam etdiriləcək.

Məhkəmənin hazırlıq iclası yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib.

Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam edəcək.

Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.

İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
10:03 14.03.2026
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
05:15 14.03.2026
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
03:42 14.03.2026
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
02:18 14.03.2026
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01:37 14.03.2026
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
00:41 14.03.2026
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
00:28 14.03.2026
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
23:59 13.03.2026
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
23:49 13.03.2026
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
23:39 13.03.2026
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
Güclü maqnit qasırğası gözlənilir
23:34 13.03.2026
Güclü maqnit qasırğası gözlənilir
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
23:25 13.03.2026
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
23:12 13.03.2026
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
22:58 13.03.2026
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
22:44 13.03.2026
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
22:40 13.03.2026
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb