'Onu bu günlərə gətirən üzərinə hədyanlar yağdırdığı hakimiyyətdir' - Elşən Musayev

18:00 04.04.2013
1144

Eldar Namazovun bütün fikirləri cəfəngiyyatdır. Həm də açıq-açığına sərgilənən, gözlə görünən bir cəfəngiyyat!

Oysa ki, bu cür məktəb variantlarına, təkəbbür nümunələrinə, hallusinasiyalara qətiyyən ehtiyac yoxdur.Nə onun özü, nə də rəhbərlik etdiyi qurum türkün sözü kimsənin “umurunda” deyil. İstəyir 3 mərtəbəli villada otursun, istəmir 5 mərtəbəlidə. Yetər ki, tək bir həqiqəti aqressiv beyninə əxz edəcək duruma gəlsin: Bu ölkədə siyasi prosesləri ofis sayı deyil, insan sayı müəyyən edir. Xalqın iradəsini nə villa reklamları ilə formalaşdırmaq mümkündür, nə də saxta demokratiya şüarları ilə.AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev “EL” hərəkatının həmtəsisçisi Eldar Namazovun Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi sərt ifadələrə cavab olaraq bildirib. Partiya sədri daha sonra bunları əlavə edib:“Eldar Namazov unutmasın ki, onu yetişdirən, bu günlərə gətirən həmin o üzərinə hədyanlar yağdırdığı hakimiyyətdir. Ömrünün sonuna qədər hər şeyini borclu olduğu insanlardır. Vaxtilə qapılarından, otaqlarından 90 dərəcəlik bucaq altında əyilərək keçdiyi məmurlardır.İndi xəttini, amalını, məfkurəsini necə dəyişib-nə zaman dəyişib özü bilər, şəxsi işidir. Amma hər şeyin bir həddi olduğunu, siyasi proseslərdə ən azından keçmişə, ələlxüsus da öz keşmişinə nəzərən bəlli bir xətti gözləmək gərəkdiyini də hər zaman nəzərində saxlasın.Ayrıca, digər çox önəmli məsələlərdən biri də Rüstəm İbrahimbəyovu tapıb ortaya çıxarmaqdır. Adam yerli-dibli qeyb olub sanki. Gördüm deyən də yoxdur. Eldar Namazovun üzərindəki reneqat ruhun, xislətin özündə ehtiva etdiyi ən böyük missiyalardan biri də, məhz bu adamı “bişim-bişim”lə tovlayıb yenidən ölkəyə qaytarmaq və növbəti fiaskolara sürükləməkdən ibarətdir. Necə deyərlər “tək əldən səs çıxmaz”. Ələlxüsus da, əgər o tək əl kimlərinsə cibindəysə...”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vağzalın önündəki parklanma xidməti dayandırılır
17:14 14.08.2025
Vağzalın önündəki parklanma xidməti dayandırılır
"Çimnazın yasına getdiyim üçün məni qınayanlar çox oldu" - Manaf
16:57 14.08.2025
"Çimnazın yasına getdiyim üçün məni qınayanlar çox oldu" - Manaf
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
16:55 14.08.2025
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
16:12 14.08.2025
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
16:06 14.08.2025
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
16:04 14.08.2025
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
Metroda doğulan körpə və anası evə buraxıldı
16:04 14.08.2025
Metroda doğulan körpə və anası evə buraxıldı
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
16:04 14.08.2025
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
15:45 14.08.2025
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
15:44 14.08.2025
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
Lənkəranda azyaşlını maşın vurub
15:34 14.08.2025
Lənkəranda azyaşlını maşın vurub
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
15:17 14.08.2025
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
15:12 14.08.2025
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
15:09 14.08.2025
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
15:03 14.08.2025
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
15:01 14.08.2025
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO