"Sanki ən doğma insanımı itirmişdim"
AZXEBER.COM xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Ümummilli Lider Heydər Əliyevin vəfatının 14-cü ildönümündə bunları deyib:
" 12 Dekabr, 2003-cü il - Onu itirdiyimiz gün həyatımdakı ən ağır günlərdən biridir. Sanki ən doğma insanımı itirmişdim. Çünki o bizim hamımız üçün doğurdanda çox doğma insan idi. Sadəcə mənim deyil onlarla jurnalistin həyatında və inkişafında müstəsna yeri olan böyük bir şəxsiyyətdir Heydər Əliyev. Amma sadəcə bizim də deyil milyonlarla azərbaycanlının həyatında müstəsna rolu olan bir Liderdir. Milyonlarla azərbaycanlının könlündə taxt qurmuş və Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırmış bir liderdir Heydər Əliyev.
Onu itirdiyimiz gün həyatımdakı ən ağır günlərdən biridir. Çünki nə qədər böyük bir şəxsiyyəti, bir lideri itirdiyimizin fərqində olanlardan biri idim. Onu yaxından tanımaq və jurnalist kimi onunla tez-tez söhbət etmək imkanına malik şanslı insanlardan biri idim. Və çox şeylər öyrəndim ondan. Azərbaycanı dünyada hər şeydən çox sevməyi daha dərindən öyrəndim ondan. Sözdə deyil əməldə sevilir Vətən!
Onun Azərbaycan üçün müstəsna xidmətləri hər zaman tarixdə qalacaq və o sözün əsl mənasında ümummilli lider adını qazanmış bir liderdir. Dünyadan gedən sadəcə cismidir, adı qalıb,sözləri qalıb, böyük əməlləri qalıb və gözəl xatirələri qalıb bu dünyada. Sizi heç bir zaman unutmayacağıq və hər zaman sevgi ilə anacağıq böyük İnsan, böyük Şəxsiyyət, böyük Lider və ən əsası böyük Azərbaycanlı! Nur içində yatın. Bir başqadır sizin qəlbiimizdəki yeriniz. İnşallah torpaqlarımız da işğaldan azad olunacaq və sizin ən byük arzunuz reallaşacaq. Çünki Azərbaycan məhz sizin sayənizdə güclənən bir Azərbaycan oldu və inşallah bayrağımızın Şuşada təkrar dalğalanacağı o gün də gələcək. Siz buna inanırdınız və bunun üçün çalışırdınız. Biz də inanırıq və bunun üçün Ali Baş Komandanın əmrindəyik hər an!"