"Onu parçalara ayıraraq zibil qutusuna atdım" - Azranın qatilindən dəhşətli ifadə

"Onu parçalara ayıraraq zibil qutusuna atdım" - Azranın qatilindən dəhşətli ifadə
MARAQLI
17:54 03.08.2021
2037
Türkiyədə Azra Güləndam Haytaoğlunu vəhşicəsinə qətlə yetirən Mustafa Murat Ayhanın ifadəsi ortaya çıxıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Mustafa Murat Ayhanın törətdiyi cinayətlə bağlı dəhşətli fikirlər ifadə edib.

Antalyada beş gündür ki, xəbər alınmayan 21 yaşlı Azra Güləndam Haytaoğlu vəhşicəsinə öldürülüb. Tələbə qıza evində təcavüz edərək boğub öldürən və hamamda beş parçaya ayırıb meşədə torpağa basdıran Mustafa Murat Ayhanın qan donduran ifadəsi ortaya çıxıb.

İnşaat mühəndisi Ayhan bir daşınmaz əmlak şirkətinə sahib olduğunu, 2013-cü ildə boşandığını və bir oğlu olduğunu bildirib. Ayhan iyulun 16-da Konyaaltındakı kafeyə getdiyini və kafedə xidmət edən Azra ilə tanış olduğunu söyləyib. Qıza iş təklifi etdiyini deyən Ayhan qarşılıqlı telefon zəngləri aldığını söyləyib.

Azranın iyulun 28-də koronavirus olduğunu öyrənəndə ona mesaj yazdığını qeyd edən Ayhan qızın bunları dediyini bildirib: "Baxanım yoxdur, beş gündür heç nə yemirəm, dərmanlarımı içə bilməmişəm. Bədənim çox ağrıyır, ölmək istəyirəm”.

Daha sonra Azranı evdən götürdüklərini və restorana getdiklərini bildirən Ayhan qızın dərmanlarını içirtdiyini və evə qayıtmaq üçün yola çıxdıqlarını deyib:

"Azra rəfiqəsinə zəng etdi, cavab vermədi. Yatıb, cavab vermir, dedi. Onu evə qoyum deyə soruşdum. O isə bacısı ilə qalmaq istəmədiyini dedi. Ona mənlə qalmağı təklif etdim. Azra bacısına zəng vuraraq evə getməyəcəyini, dostu ilə qalacağını bildirdi”.
 


Saat 01:30-da gəldiklərini deyən Ayhan Azranın qonaq otağında yatdığı zaman otağa girdiyini bildirib. Azranın saatlarla spirtli içki içdiyini, narkotik qəbul etdiyini deyən Ayhan otağa girdiyi vaxt Azranın üstü açıq yatdığını deyərək davam edib:

"Mən onun üstünü örtəndə əlim onun buduna toxundu. Yuxudan oyanaraq nə edirsən deyə qışqırdı və üzümün sol tərəfini cızdı. Mən isə Azra sakitləşənədək iki əlimlə boğazını sıxdım. Daha sonra nəfəs almadığını, nəbzinin döyünmədiyini gördükdə öldüyünü anladım”.

Ayhan ifadəsində daha sonra Azranı parçalara ayıraraq zibil qutusuna qoyduğunu bildirib. Daha sonra evdəki qanı təmizləyib.

Daha sonra qonşular yuxarı mərtəbədən kəskin iy gəldiyini və bunun davamlı olduğunu görərək polisə məlumat veriblər.
 
Azranın başı hələ də tapılmayıb. 

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
20:04 15.07.2025
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
Venesuela millisinin üzvü "Neftçi"də
19:52 15.07.2025
Venesuela millisinin üzvü "Neftçi"də