Xalq artisti Flora Kərimovanın "Qayınana 2018” filmi üçün vannada çəkdirdiyi kadr müzakirələrə səbəb olub. Bir çox insanlar buna görə xalq artistini qınayıblar.
AZXEBER.COM yenicag.az-a istinadən xəbər verir ki, müğənni qalmaqallı fotosundan danışıb:
"Burada nə var ki, film üçün çəkilmiş kadrdır. Vannada haram görünür? Burada erotika yoxdur, güllərdən başqa heç nə görünmür. Onun-bunun qucağında oturmamışam ki. Qanmaz adamlara nə cavab verim axı?”.