Onun nəvələri indi nənədir - Xaçmazın 100 yaşlı sakini - VİDEO - FOTO

Onun nəvələri indi nənədir - Xaçmazın 100 yaşlı sakini - VİDEO - FOTO
SOSİAL
15:27 08.03.2023
528
Yüz yaşlı Mənsurə Nəzərova Xaçmazın Pərdiqıran kəndində yaşayır. Onun 1 övladı, 4 nəvəsi, 11 nəticəsi və 2 kötükcəsi var.

AZXEBER.COM xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Mənsurə nənəni ziyarət edib, ailənin qonağı olub.

Nəzərova Mənsurə Nuri qızı 1923-cü ildə Şabranın Gələgah kəndində doğulub. Valideynləri vaxtsız həyatdan köçdüyündən bacısı ilə birlikdə çətin günlər yaşayıblar. Uşaqlıqdan zəhmətə qatlaşan Mənsurə nənə həmin günlərin ağrı-acısını indi də unutmayıb.

"16 yaşım olanda Samur-Dəvəçi kanalının tikintisində (1939-1940-cı illər) fəhlə işləmişəm. Həmin su kanalı əl əməyi ilə qazılıb. Kişilərlə bir yerdə fəhləlik edirdim. Xərəkdə torpaq daşıyırdım. İki il orada işlədim. Yaxşı işlədiyimə görə mənə 10 kiloqram qənd, 10 metr də parça mükafat vermişdilər. Sonradan sovxozda çalışmışam. Ot biçmişəm, xırmanda dən döymüşəm, baramaçılıqla da məşğul olmuşam. Ömrüm boyu ağır işlərdə işləmişəm", - deyə Mənsurə nənə həmin günləri xatırlayır.

İkinci Dünya müharibəsi illərində yaşanan aclıq və səfalətdən sonra Mənsurə nənə XX əsrin 50-ci illərində Xudata işləməyə gəlib. Ailə qurduqdan sonra Pərdiqıran kəndində yaşamağa başlayıb.

Yüz yaşını bu ilin fevralında qeyd edən Mənsurə nənə oğlunun, sonra isə nəvə və nəticələrinin toyunda ailə başçısı kimi iştirak edib. Mənsurə nənənin nəvələri indi nənə olublar. Onun 3 və 4 yaşlarında iki kötükcəsi var.

Mənsurə nənənin gəlini Kövsər Nəzərova deyir ki, 10 yaşında anasını itirib. Bu evə isə 1977-ci ildə gəlin gəlib: "Qayınanam və həyat yoldaşımla yaşamışam. Qayınanam mənə analıq edib. O, mənə qızım deyib, mən də ona ana. Nəvələrini, nəticələrini çox istəyir. Hamısını tanıyır. Gözləri görür, amma zəif eşidir. Təbii qidalara üstünlük verir. Dolma və bozbaş yeməklərini xoşlayır. Daha çox süd məhsulları yeyir".

Mənsurə Nəzərova kolxoz dövründə ən qabaqcıl işçilərdən olub. 1983-cü ildə "Əmək veteranı" medalı ilə təltif edilib.


"Anam sovet dövründə bir çox işdə çalışıb. Tarlada, fermada, istixanada işləyib. Məni də zəhmətə anam öyrədib. Uzun illər traktorçu olmuşam. Əvvəllər nadir hallarda xəstələnərdi. Amma son illər zəifləyib. Xəstələnəndə xəstəxanaya müraciət edirik. Maşınla gedib həkimi evə gətiririk. Allah verən ömrü rahatlıqla yaşamasını istəyirik. Biz özümüz də qocalmışıq. Amma anam bizim evin böyüyüdür", - deyə Mənsurə nənənin oğlu Qərib Nəzərov söyləyir.

Bütün bayramlarda Nəzərovlar ailəsi yüz yaşlı Mənsurə nənənin ətrafında toplaşır. Nənənin yaşı ilə əlaqədar yaddaşı zəifləsə də, hər bir nəvəsinin, nəticəsinin işləri, təhsili ilə maraqlanır.

"Mən Mənsurə nənənin nəticəsiyəm. 14 yaşım var. Xudatda yaşasam da, vaxtaşırı nənəmi ziyarət edirəm. Görüşəndə bizim üçün çoxlu xeyir-dua edir. Mənsurə nənəmin 11 nəticəsi var, 2 də kötükcəsi", - deyə Mənsurə nənənin nəticəsi Ayşən Nəzərova bildirir.

Mənsurə nənə Xaçmaz rayonunun ən uzunömürlü sakinlərindəndir. Hazırda rayonda yaşı yüzü adlamış cəmi 3 nəfər yaşayır.
 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb