AZXEBER.COM xəbər verir ki, bunu mərhum əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Aygün "TikTok" hesabında açdığı canlı yayım zamanı izləyiciləri ilə söhbətində deyib.
O, Aygünün yerinə keçmək istəməsi haqda yazılan rəylərə cavab verib:
"Mən Aygünün bacısıyam, səsim də onun səsinə çox oxşayır. Kimin qarşısına mənim ifam çıxırsa, o qeyri ixtiyarı Aygünü xatırlayır. Mən bacımı yamsılamıram, səs, hərəkətlər oxşayırsa nə edim? Amma mənim onun yerinə keçmək kimi bir arzum yoxdur. Aygün əvəzolunmazdır. Nə mən, nə də bir başqası onun yerini tuta bilər. Bunu demək heç doğru deyil.
Məni şənliklərə dəvət edirlər. Hər kəs deyir Aygünün səsini səndə duyuruq. Mən o şənliklərdə təmənnasız iştirak edirəm. Elə məclis olub ki, mən orda ağlamışam, toy yiyəsi mənə irad bildirib".
Aysel