OPEC-in Baş katibi: "Bu günki neft tələbi rekord həddə yaxınlaşır"

OPEC-in Baş katibi: "Bu günki neft tələbi rekord həddə yaxınlaşır"
İQTİSADİYYAT
19:35 02.09.2023
422
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2045-ci ilə qədər qlobal enerji tələbatının 23 % artacağını proqnozlaşdırır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu OPEC-in Baş katibi Haytam əl-Qeys deyib.

"Neft tələbinin gündəlik 110 milyon barelə qədər artacağı gözlənilir. Bu onu sübut edir ki, neft növbəti onilliklərdə qlobal enerji infrastrukturunun mühüm hissəsi olmaqda davam edəcək. Bu, son onilliklərdə neft dövrünün bitdiyinə dair bir çox iddialarla kəskin şəkildə ziddiyyət təşkil edir. Həqiqətən də, müasir tələbat bütün zamanların ən yüksək səviyyəsinə yaxındır və 2023-cü və 2024-cü illərdə təxminən gündə 5 milyon barel artacaq”, - o bildirib.

Onun fikrincə, hazırda heç bir enerji növü enerjiyə gözlənilən gələcək tələbatı ödəyə bilməz: bunun əvəzinə "bütün insanlar, bütün yanacaq növləri və bütün texnologiyalar” yanaşması tələb olunur.


"Bu yolla OPEC-ə üzv ölkələr bu gələcək enerji ehtiyaclarını ödəmək üçün lazım olan sərfəli enerjini təmin etməyə, eyni zamanda emissiyalarını azaltmağa və bu prosesdə enerji yoxsulluğunun aradan qaldırılmasına kömək etməyə hazırdırlar”, - Haytam əl-Qeys bildirib.

Britaniyanın Enerji İnstitutu, KPMG konsaltinq şirkəti və "Kearney" tərəfindən nəşr olunan 2022-ci il Dünya Enerji Hesabatında, ötən ildə qalıq yanacaqların qlobal enerjinin 82 %-ni təşkil etdiyi qeyd olunur. Bu, OPEC-in son qlobal neft proqnozu ilə müqayisə olunduqda 30 il əvvəlki səviyyəyə uyğun gəlir.

"Dünya emissiyaları azaltmaq və insanların rahat yaşaması üçün lazım olan məhsul və xidmətlərə çıxışını təmin etmək üçün hərəkətə keçməlidir”, - o qeyd edib.

Bu məqsədlərə nail olmaq üçün OPEC üzvləri neft hasilatı və emalı gücünə sərmayə qoyur, texnologiyaları səfərbər edir və neft sənayesini karbonsizləşdirmək üçün geniş təcrübədən istifadə edir.


"Nəticə ondan ibarətdir ki, bu gün və gələcək onilliklər üçün dünyanın ehtiyac duyduğu nefti istehsal edərkən bərpa olunan enerjiyə böyük sərmayə qoymaq mümkündür”, - OPEC-in Baş katibi bildirib.

Bundan başqa, onun sözlərinə görə, dünya əhalisinin sayı artır: "OPEC-in gözləntilərinə görə, 2045-ci ilə qədər əhalinin sayı 1,6 milyard nəfər artacaq, BMT-nin statistikası isə 2100-cü ilə qədər təxminən 10,4 milyard nəfərə yüksələcəyini göstərir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı