“Operativ Qərargahın qurulması böyük uğurlardan biri idi” - Hande Harmancı

“Operativ Qərargahın qurulması böyük uğurlardan biri idi” - Hande Harmancı
SOSİAL
22:36 10.08.2021
661
"Azərbaycan koronavirusa qarşı çox sürətlə tədbirlər görməyə başladı. Əvvəl sərhədlərdə tədbirlər görüldü, sonra xəstəxanalarda infrastruktur möhkəmləndirildi”.
 
AZXEBER.COM xəbər verir ki, bunu REAL-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki, bu çərçivədə bir çox mexaniki ventilyatorlar, oksigen cihazları alınıb, səhiyyə işçilərinin bilik-bacarıqları artırılıb:

"Biz də hökumətə dəstək verməyə çalışdıq. Operativ Qərargahın qurulması böyük uğurlardan biri idi. Bir çox qurumların birgə işləməsi zəruri idi və bu, erkən uğur idi”.
OXŞAR XƏBƏRLƏR