“Optimal electronics”lə bankarın qeyri-qanuni sövdələşməsi - Vətəndaşların şəxsi məlumatlarını göndərirlər

“Optimal electronics”lə bankarın qeyri-qanuni sövdələşməsi - Vətəndaşların şəxsi məlumatlarını göndərirlər
SOSİAL
16:44 10.01.2018
2098
""Optimal electronics” mağazalar şəbəkəsi daxili kreditlə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikası məhsullarının daxili kreditlə satışını təşkil edir. Daxili kredit dedikdə isə banklar deyil, mağazaların, şirkətlərin kredit mütəxəssisləri tərəfindən rəsmiləşdirilməsi nəzərdə tutulur. Lakin "Optimal electronics”  kredit üçün müraciət edənlərlə bağlı araşdırma apararkən potensial müştərinin banklardakı kredit tarixçəsini də yoxlayır”.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Finans.az-a mağazalar şəbəkəsinin müştərilərindən biri verib. Onun sözlərinə görə, mağazalardan birinə kredit üçün müraciət etdikdə kredit mütəxəssisi bildirib ki, kredit ayrılması üçün onun Mərkəzləşmiş Kredit Reyestrindəki kredit tarixçəsi də nəzərdən keçirilməlidir. Mağazanın reyestrə çıxışı olmadığından, bunu banklardan birinin köməkliyi ilə edir. Daha doğrusu, mağaza müştəri barədə məlumatları sıx əlaqədə olduğu banklardan birinin əməkdaşına göndərir, o isə kredit tarixçəsindən çıxarışı mağazaya təqdim edir. Yalnız bundan sonra müştəriyə müsbət və ya mənfi cavab verilir. 

Sayt faktı dəqiqləşdirmək üçün "Optimal electronics”in internet saytı vasitəsilə onlayn məsləhətçiyə müraciət etdik. Jalə adlı onlayn məsləhətçi faktı təsdiqləyib və müştərinin kredit tarixçəsinə həqiqətən baxıldığını bildirib. O, bir mağazanın Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışı necə alması barədə sualını isə cavabsız qoyub. 

Qeyd edək ki, vətəndaşlar barədə kredit hesabatlarını almaq hüququna aşağıdakılar malikdir: kredit təşkilatları, kredit tarixçəsinin subyekti, müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri). Sadalananlar istisna olmaqla kredit tarixçəsini təşkil edən məlumatın üçüncü şəxslərə açmamaq qanunla qadağandır. Buna baxmayaraq, "Optimal electronics” gizli əlaqələrdən istifadə etməklə vətəndaşlar barədə kütləvi şəkildə belə informasiyaları əldə edir və bu işdə bəzi bankların əməkdaşlarının da rolu var. 

Bir müddət əvvələdək bank sektorunda çalışmış şəxslərdən biri deyib ki, "Optimal electronics” və bank əməkdaşları arasındakı münasibətlər qanunsuz əsaslarla və müəyyən maraqlar qarşılığında qurulur. Belə ki, bank əməkdaşı maddi marağı üçün Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumatları üçüncu tərəfə  - "Optimal electronics”ə ötürür, bununla da ciddi qanun pozuntusuna yol verir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"