Oqtay Əsədov Fuad Muradova: “Əgər biz belə bir qanun qəbul etmişiksə, ..."

Oqtay Əsədov Fuad Muradova: “Əgər biz belə bir qanun qəbul etmişiksə, ..."
SİYASƏT
17:52 07.04.2017
1212
Milli Məclisin plenar iclasında deputat Fuad Muradov ciddi məsələyə diqqət çəkdi.
 
O, bildirdi ki, bu gün banklar QHT-lərə limitlə vəsait ayırmağa qərar verib. Bu limitin həcmi isə 5 min manatdır. "Əslində bu, bizim QHT-lərə zərbədir. Çünki QHT-lər bütün dünyada dövlət sifarişini həyata keçirmirlər”-F.Muradov bildirdi.
 
Spiker Oqtay Əsədov isə deputata cavabında "əgər biz belə bir qanun qəbul etmişiksə, onda sən də iştirak etmisən, səs vermisən. QHT-lərin 70 faizi Gürcüstanda oturub”-deyə reaksiya verdi. /// musavat.com
OXŞAR XƏBƏRLƏR