Oqtay Əsədov soyuducu anbarlardan danışdı

İQTİSADİYYAT
14:24 15.11.2012
1825
Spiker Oqtay Əsədov parlamentdə büdcə müzakirələri zamanı iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın rayonlarda soyuducu anbarların tikilməsi ilə söylədiklərinə münasibət bildirib. Spiker Oqtay Əsədov regionlarda 41 soyuducu anbar tikildiyini bildirib.Ancaq o, bu soyuducu anbarların fəaliyyətini diqqət mərkəzində saxlamağı zəruri sayıb: «Baxmaq lazımdır ki, soyuducularda qiymət hansı səviyyədədir. Bu soyuducuların səmərəli işləməsini İqtisadi İnkişaf Nazirliyi yoxlamalıdır. Bir çox kənddə meyvə mal-heyvana yem olur. O soyuducu tikənlərə də seminar keçmək lazımdır”.Oqtay Əsədov onu da qeyd edib ki, büdcə müzakirələri artıq başa çatıb: “Hökumət nümayəndələrinə vaxt veriləcək ki, onlar 2 həftə ərzində deputatların təkliflərinə bir daha nəzərdən keçirsinlər və müəyyən məqamları nəzərə alsınlar. Çox güman ki, növbəti iclasımız noyabrın 31-də olacaq və bütövlükdə büdcə zərfinə daxil olan sənədlər həmin gün səsə qoyularaq qəbul ediləcək”.
//Lent.az

OXŞAR XƏBƏRLƏR