Oqtay Əsədov Xorvatiya prezidenti ilə görüşdü

SİYASƏT
10:20 21.05.2014
1130
Xorvatiyada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bu ölkənin prezidenti İvo Yosipoviçlə görüşüb.AZXEBER.COM-un məlumatına görə, prezident İvo Yosipoviç iki dövlətin strateji tərəfdaş olduğunu vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, Milli Məclisin nümayəndə heyətinin bu səfəri parlamentlərarası münasibətlərin daha da inkişaf etməsinə yeni impuls verəcək.Spiker Oqtay Əsədov Azərbaycanın dövlət başçısı İlham Əliyevin salamlarını Xorvatiya prezidentinə çatdırıb. Xorvatiyaya ilk dəfə səfər etdiyini deyən O. Əsədov bu səfərin parlamentlərarası əməkdaşlığın dərinləşməsinə yeni töhfə verəcəyinə inandığını söyləyib.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker Xorvatiyanın da müstəqillik əldə etdikdən sonra oxşar problemlə üzləşdiyini xatırladıb. Həmçinin Azərbaycanın münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu, lakin münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyətinin nəticə vermədiyini vurğulayıb. Milli Məclisin sədri Dağlıq Qarabağ məsələsində Xorvatiyanın Azərbaycanın mövqeyini dəstəklədiyinə və ölkəmizin ərazi bütövlüyünün Zaqreb Bəyannaməsində əks olunduğuna görə Xorvatiya hökumətinə minnətdarlığını da bildirib.Prezident İvo Yosipoviç Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın problemin sülh yolu ilə həll olunmasında səylərini dəstəklədiyini, hərb yolunun bu kimi məsələləri daha da mürəkkəbləşdirdiyini vurğulayıb.Səfər çərçivəsində Milli Məclisin sədri O. Əsədov Xorvatiyalı həmkarı Yosip Leko ilə də görüşüb. Təkbətək keçirilən görüş daha sonra geniş tərkibdə davam etdirilib.Azərbaycanla Xorvatiyanın həm coğrafi, həm də tarixi cəhətdən bənzərliyini vurğulayan Yosip Leko regional və beynəlxalq məsələlərdə də mövqelərin üst-üstə düşdüyünü bildirib.Azərbaycan parlamentinin sədri O. Əsədov iki ölkə arasında yüksək siyasi əlaqələrlə bərabər, iqtisadi münasibətlərin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O. Əsədov Xəzər dənizində artıq 28 ildir ki, Xorvatiya istehsalı olan bərələrin istismar edildiyini, bu yaxınlarda isə iki yeni bərənin alındığını bildirib.
OXŞAR XƏBƏRLƏR