Oqtay Rəcəbov koronavirusdan ölüb?

Oqtay Rəcəbov koronavirusdan ölüb?
MƏDƏNİYYƏT
12:12 16.12.2022
1304
Xəbər verdiyimiz kimi, bəstəkar Oqtay Rəcəbov ötən gün koronavirus infeksiyasından dünyasını dəyişib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova AZXEBER.COM-a açıqlamasında bəstəkarın ailəsinin daha öncə virusa yoluxduğunu bildirib:

"Ailəsi tərəfindən qeydiyyatda olduqları poliklinikaya müraciət daxil olunub. Yaxma götürülüb, testin nəticəsi pozitiv çıxıb. Oqtay Rəcəbovun da dekabrın 15-də testinin cavabı pozitiv olub. Eyni tarixdə saat 14:03-də ailəsi tərəfindən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ailə tərəfindən müraciət daxil olunub. Tibbi briqada ünvana çatdıqda həkimə qədər ölüm faktı qeydə alınıb. Bizdə olan məlumata görə, ailə üzvləri daha öncə koronavirusa yoluxub və sağalıblar". 

Qeyd edək ki, O.Rəcəbovun gəlini Axşam.az-a ailəsinin hazırda karantinə alındığını açıqlayıb. Bəstəkar bu gün Yasamal qəbiristanlığında atasının yanında dəfn olunacaq. 
OXŞAR XƏBƏRLƏR