Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən əmr imzalayıb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, əmrə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
21 sentyabr 2018-ci tarixində Səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən imzaladığı digər əmrə əsasən Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.