Oqtay Şirəliyev video-konfrans keçirdi - Foto

Oqtay Şirəliyev video-konfrans keçirdi - Foto
SOSİAL
17:31 31.07.2020
2636
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı missiyası AR Nazirlər Kabineti yanında Operativ Gərargah, AR Səhiyyə Nazirliyi, TƏBİB və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə video-konfrans formatında görüş keçirib.

Səhiyyə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev video-konfransda açılış nitqi ilə çıxış edib, ÜST-ün Azərbaycanla əməkdaşlığını yüksək giymətləndirdi və görülən işlərə görə bütün missiya üzvlərinə öz minnətdarlığını bildirib. Görüş zamanı missiya nümayəndələri son aylar ərzində Azərbaycanın səhiyyə sahəsində atılan addımlar və həyata keçirilmiş işlərin nəticələri haqqında öz fikirlərini paylaşıblar.

Belə ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı öz çıxışında qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar ÜST-ün birinci missiyasının Azərbaycana ziyarəti cari ilin mart ayında baş tutmuşdu. Son 10 gün ərzində ÜST-ün Azərbaycandakı ikinci missiyasının üzvləri dövlət qurumlarının nüməyandələri ilə yanaşı həm Bakı şəhərinin, həm də bəzi rayonların xəstəxana və poliklinikalarının tibbi heyəti ilə də çoxsaylı görüşlər keçirib. Missiya üzvlərinin sözlərinə görə, mart ayında ÜST üzvləri tərəfindən təqdim olunan tövsiyələrin əksəriyyəti nəzərə alınıb və həyata keçirilib. Ümumiyyətlə, son bir neçə ay ərzində atılan addımlar sayəsində Azərbaycan səhiyyəsində çox ciddi irəliləyişlər müşahidə olunur.

ÜST-ün Azərbaycandakı nümayəndəsi nəzərə çarpan dəyişiklər haqqında danışaraq, bildirib ki, son aylar ərzində COVID-19 ilə mübarizəni gücləndirmək məqsədilə dövlət tərəfindən böyük maliyyə resursları ayrılıb. Onların müqabilində koronavirusun müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxanalar inşa olunur, yeni laboratoriyalar açılır, ilkin səhiyyə xidmətinin daha çevik fəaliyyət göstərməsi üçün yeni nəqliyyat vasitələri alınır, COVID-19 virusu ilə bağlı ölkədə vəziyyətin idarəolunmasını təmin etmək məqsədilə texnoloji yanaşma nəticəsində mobil applikasiyalar istifadəyə verilir və epidomioloji vəziyyətin idarəolunması üçün xüsusi elektron baza yaradılır. Bundan başqa, tibb müəssisələrinin heyəti üçün COVID-19 infeksiyası ilə bağlı mütamadi təlimlər keçirilir, ilkin səhiyyə gücləndirilir, belə ki, yoluxma sayının azalması üçün koronavirus şübhəsi olan vətəndaşlardan test analizini almaq üçün tibb heyəti bilavasitə evlərə gedir. Eyni zamanda Səhiyyə Nazirliyi nəzdində yaradılmış işçi qrupu tərəfindən statistik hesabatlar da hazırlanır.

Xanım Hande Harmancı həmçinin, xəstəxana və poliklinikalarda COVID-19 ilə aylar ərzində mübarizə aparan tibb heyətinin fədakarlığını təqdirə layiq olduğunu hesab edərək, onları "Bu günün ağ xalatlı qəhramanları” adlandırıb. Bundan sonra ÜST missiyasının üzvləri bildirib ki, son 10 gün ərzində müşahidə etdikləri proseslərə dair öz tövsiyələrini yaxın 2 həftə ərzində Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyət göstərən qurumlarına təqdim edəcəklər.

Video-konfrans formatında keçirilən görüşün sonunda Oqtay Şirəliyev missiya üzvlərinə onların Azərbaycandakı həyata keçirdiyi fəaliyyətləri və ölkəmiz tərəfindən görülən işlərin yüksək qiymətləndirdiklərinə görə təşəkkür edib. Həmçinin, cənab nazir təqdim olunacaq hesabat nəticələrini və tövsiyələri aldıqdan sonra böyük məmnuniyyətlə birgə fəaliyyəti davam etdirmək hazırlığını bildirib. Öz nitqinin sonunda Oqtay Şirəliyev ÜST nümayəndələri ilə Azərbaycan arasında illər ərzində davam edən olduqca məhsuldar işbirliyinin olmasını qeyd edib, onun gələcəkdə daha yüksək nəticələr verəcəyinə inandığını söyləyib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı