Oqtay Şirəliyevin oğluna yüksək vəzifə verildi - FOTO

Oqtay Şirəliyevin oğluna yüksək vəzifə verildi - FOTO
SOSİAL
12:30 11.04.2022
889
"Azərsığorta" şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyinə yeni təyinat olub.

AZXEBER.COM bildirir ki, Murad Şirəliyev "Azərsığorta"nın İdarə Heyəti Sədrinin Müşaviri təyin edilib.

Murad Şirəliyev "APA-Economics"ə açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə "Kapital Bank" ASC-nin İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb.

O, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğludur.
 

 


OXŞAR XƏBƏRLƏR