Oqtay Zülfüqarov vəfat etdi

SOSİAL
10:51 31.08.2016
2107
Xalq artsiti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.
Bu barədə mərhumun ailəsindən məlumat verilib. Ailə üzvlərinin sözlərinə görə, bəstəkar uzun zamandır ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.
Mərhumla vida mərasimi bu gün saat 15:00-da Təzə Pir Məscidində keçirilcək. O. Zülfüqar İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 3 övladı var.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR