Laçında komendant saatı barədə xəbər yayıldı: DTX hərəkətə keçdi

Laçında komendant saatı barədə xəbər yayıldı: DTX hərəkətə keçdi
SOSİAL
17:40 08.04.2024
469
Son günlər bəzi sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, qoşun birləşmələrinin və ağır artilleriya silahlarının hazırlıq vəziyyətinə gətirilməsi, Laçın rayonu ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı bir sıra şəxslər tərəfindən əsassız məlumatlar, reallığı əks etdirməyən saxta xəbərlər yayımlanır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

Məlumatda deyilir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində cəmiyyətdə narahatlığın yaranmasına səbəb olan bu kimi məlumatları yayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Əliyev Rəşad Balağa oğlu və 1973-cü il təvəllüdlü Məlikov Pərviz Ramiz oğlu olduğu müəyyən edilmiş, onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilmişdir.

Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən əməllərin törədilməsinin ciddi hüquqi məsuliyyətə səbəb olduğuna dair xəbərdarlıq edərək, media subyektlərini və jurnalistləri sosial şəbəkələrdə yayımlanan qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə, vətəndaşları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, sosial şəbəkələrdə yayılan, rəsmi mənbələrə söykənməyən əsassız informasiyalara inanmamağa çağırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda qətlə yetirilən qardaşların meyiti Azərbaycana gətirilib
20:35 30.06.2025
Yekaterinburqda qətlə yetirilən qardaşların meyiti Azərbaycana gətirilib
ABŞ səfiri: İlin sonuna qədər Türkiyənin “F-35” proqramına qayıtması barədə razılaşma əldə oluna bilər
20:32 30.06.2025
ABŞ səfiri: İlin sonuna qədər Türkiyənin “F-35” proqramına qayıtması barədə razılaşma əldə oluna bilər
Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı "Baku Plaza"ya gəliblər - FOTOLAR
20:21 30.06.2025
Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı "Baku Plaza"ya gəliblər - FOTOLAR
Yeniyetmə əmisini şüşə ilə doğradı
20:18 30.06.2025
Yeniyetmə əmisini şüşə ilə doğradı
Aİ azərbaycanlılara qarşı zorakılıqdan narahatdır
20:14 30.06.2025
Aİ azərbaycanlılara qarşı zorakılıqdan narahatdır
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb
20:11 30.06.2025
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
20:07 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
Danimarkalı qadınlar püşkatma ilə orduya çağırılacaqlar
19:56 30.06.2025
Danimarkalı qadınlar püşkatma ilə orduya çağırılacaqlar
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxsə hökm oxunub
19:33 30.06.2025
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxsə hökm oxunub
"Ermənistan və Aİ bu məsələləri müzakirə edir" - Mirzoyan
19:12 30.06.2025
"Ermənistan və Aİ bu məsələləri müzakirə edir" - Mirzoyan
İran Ukraynaya nota verib
18:48 30.06.2025
İran Ukraynaya nota verib
PKK-nın silahlarını təhvil verəcəyi tarix bəlli olub
18:30 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix bəlli olub
DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ
18:06 30.06.2025
DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ
"Rusiyada digər millətlərə qarşı şovinizm, diskriminasiya siyasəti sistemli hal alıb"
18:05 30.06.2025
"Rusiyada digər millətlərə qarşı şovinizm, diskriminasiya siyasəti sistemli hal alıb"
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı - AÇIQLAMA
18:02 30.06.2025
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı - AÇIQLAMA
Bakıda saxlanılan "Sputnik" əməkdaşlarının adı məlum oldu
17:57 30.06.2025
Bakıda saxlanılan "Sputnik" əməkdaşlarının adı məlum oldu