“Ordumuz ermənilərə daha böyük zərbə endirsə...”

“Ordumuz ermənilərə daha böyük zərbə endirsə...”
SOSİAL
17:09 26.04.2016
4482
“Çox güman ki, erməni prezident həmin generallara ordu ilə bağlı müəyyən bir tapşırıq verib. Generallar isə həmin əmri yerinə yetirə bilməyəcəklərini və bunun mümkünsüzlüyünü deyiblər".
Bunu Ermənistan prezidenti Serj Sarkisyanın generalları ordudan qovmasının səbəblərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
General Aydəmirov bildirdi ki, Ermənistan prezidentinin belə bir addım atmasına səbəb onun həmin generalların qarşısına qoyduğu tapşırığın, qovulan şəxslər tərəfindən icra edilə bilməməsi ilə bağlıdır.
General-leytenantın sözlərinə görə, işdən azad edilən hərbçilərin Sarkisyanın əmrinə qarşı çıxmalarının səbəbi ordudakı real vəziyyətdir. "Həmin generallar isə orduda olduqları üçün real vəziyyətdə Sarkisyanın tapşırığının qeyri-mümkünlüyünü bilirlər və bunu da ona məruzə ediblər. Bu isə erməni prezidentin xoşuna gəlməyib”.
Y.Aydəmirov hesab edir ki, Sarkisyan bundan sonra ona sadiq və dediyini yerinə yetirən kadrları iş başına gətirmək istəyir: “Lakin onun bu islahatları da uzunmüddətli olmayacaq. Çünki orduya gələcək şəxslər də Ermənistan ordusundakı bərbad vəziyyəti görüb Serjə məruzə edəcəklər, o da yenə həmin addımı atacaq".
General-leytenant Ermənistan prezidentinin müharibə çağırışları etməsinin səbəblərini də açıqlayıb: “Yəqin ki, Sarkisyan bir-iki topu, tüfəngi görərək öz güclərinə arxayın ola biləcəyini düşünür. Ancaq onun cəbbəxanasında olan silahlar Azərbaycan ordusu ilə bacarmaq qüdrətində deyil. Cəbhədə 4 gün baş verən döyüşlər zamanı ordumuzun qarşı tərəfə endirdiyi o qədər də böyük olmayan zərbələr nəticəsində, qarşı tərəfdə böyük həyəcan yarandı. Əgər ordumuz daha böyük zərbə endirsə, onların halı necə olacaq?”
Y.Aydəmirov onu da əlavə edib ki, ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması da elə Sarkisyanın fikridir. Belə ki, o, bununla azərbaycanlı sakinlərdə həyəcan yaratmaq, qarşı tərəfin vətəndaşlarını isə sakitləşdirmək istəyir.
Yaşar Aydəmirov - keçmiş korpus komandiri
Serj Sarkisyan bir neçə yüksəkrütbəli hərbçini işdən çıxarıb. Onun əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan işdən çıxarılıb.
İşdən qovulanlar arasında Baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var.
Bu tədbirlərin Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun uğursuzluqları ilə bağlı olduğuna heç bir şübhə yoxdur.
Anspress.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik