Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
SOSİAL
16:07 21.02.2026
727
Azərbaycan Ordusunun əsgəri vəfat edib.

AZXEBER.COM xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən "N” saylı hərbi hissədə baş verib.

Belə ki, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində xidmət edən əsgər, 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.

Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı (Unikal).
OXŞAR XƏBƏRLƏR