Orhan Ölməzin bəstəsi azərbaycanlı müğənninin repertuarında - FOTOLAR

MAQAZİN
11:35 06.02.2013
2269

Məhşur bəstələrini xalq artisti Aygün Kazımovaya təqdim edən Türkiyənin tanınmış bəstəkarı Orhan Ölməzin daha bir yeni bəstəsi Sima Qasımovanın repertuarında yer alıb. Bu günlərdə İstanbuldan qayıdan sənətçi yeni xəbəri haqqında AZXEBER.COM-a danışıb. Müğənni, səfər zamanı Orhanla görüşüb, onun üçün bəstələdiyi mahnı ilə tanışlıq olub. “Yox-yox” adlanan mahnı ritmikdir. Orhanla əməkdaşıq görüşündən məmnun qalan Sima vaxt itirmədən mahnını lentə yazdırıb.

“Orhan bəylə əməkdaşlıq davamlıdır. Hələlik bu mahnı ilə eşidiləcəm. Qismət olsun klip çəkilişi də düşünürük. Sonra yenidən repertuar təzələyəcəm” – deyən Sima onu məhşurlaşdıran daha bir mahnısından söz açdı.

“Publika məni əsasən “Ata” mahnısı ilə tanıdı. Uzun illər səslənməsinə baxmayaraq, hələ də tədbirlərdə o mahnıya tələbat var. Elə bu səbəbdən mahnını yeni və fərqli aranjemanda səsləndirəcəm” – deyə Sima bildirdi.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR