Türkiyəli müğənni Hakan Taşıyan 2021-ci ilin mart ayında qaraciyər və böyrək transplantasiyası əməliyyatı keçirib və xəstəxanada 7 aylıq müalicədən sonra evə buraxılmışdı.
AZXEBER.COM xəbər verir ki, uzun müddətdir ortalıqda görünməyən 51 yaşlı sənətçi ötən gecə "Hep Yek Aşiret” filminin qala gecəsinə qatılıb.
Müğənni səhhəti ilə bağlı son durumunu jurnalistlər ilə bölüşüb:
"Qaraciyərim və böyrəklərimlə bağlı problemlərim var idi. Yoxlamalar davam edir. Üç il keçdi və Allaha şükür ayağa qalxdım. bütün sevənlərimə və dəstəkçilərimə təşəkkür edirəm, dualarınızı əksik etməyin".
Aysel