Orta məktəbdə biabırçılıq: direktor şagirdin anasına hücum çəkdi - FOTO

Orta məktəbdə biabırçılıq: direktor şagirdin anasına hücum çəkdi -  FOTO
MARAQLI
17:16 02.05.2013
3188

Məktəb direktoru valideyni döyüb.

Ermənistanın paytaxtı İrəvanda orta məktəbdə görünməmiş biabırçılıq baş verib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Çexov adına 55 saylı məktəbin direktoru Qayana Saruxanyan məktəbin şagirdi Lidanın anası Nataliya Sarkisyanı vəhşicəsinə döyüb. Hadisə direktorun Lidanı dərsə məktəbli geyimində gəlmədiyinə görə evə göndərməsindən sonra baş verib. Nataliya da direktorla danışmaq üçün məktəbə gedib. Lakin məktəbin direktoru valideyni təhqir etməyə başlayıb. “Sən də qızın kimi həyasızsan. Xoşun gəlmirsə rədd ol - ləçər!”, - deyə direktor müəllimə hücum çəkib. Nataliyanın iddialarına görə, Qayana Saruxanyan onu vəhşicəsinə döyüb. Nataliya baş verən hadisələri diktofona yazdığını bildirib. Məktəb direktoru Qayana Saruxanyan isə öz növbəsində baş verənləri təkzib edib. “Qız dərsə qeyri-etik geyimində gəlmişdi. Mən də onu evə yolladım. Anası gəldi, onu sakitləşdirdik, o da evə getdi”.

OXŞAR XƏBƏRLƏR