Orta məktəblərdə bu şagirdlərə "0" qiyməti yazılacaq

Orta məktəblərdə bu şagirdlərə "0" qiyməti yazılacaq
16:38 21.01.2021
4413
"45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə üçün verilən zaman ortalama vaxtdır”.

AZXEBER.COM-un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə” mövzusunda danışarkən deyib.

O qeyd edib ki, biliyinə güvənən şagird sualları 30 dəqiqə ərzində də cavablandıra bilər: "Yanvarın 27-dən sonra növbəti mərhələdə də iştirak edə bilməyən şagirdlərin biliyi barədə jurnala I yarımil üçün sıfır yazılacaq”.
OXŞAR XƏBƏRLƏR