Rusiyanın birinci telekanalında şüarla çıxış edən Marina Ovsyannikova saxlanılıb.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, efirə çıxmazdan əvvəl qadın Ukraynadakı müharibəni pislədiyini və təbliğat fəaliyyətindən utandığını bildirdiyi video yayıb.
Məlumata görə, Ovsyannikova İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi ilə Rusiya silahlı qüvvələrini nüfuzdan salmasına görə həbs edilib.