"Oğru aləmi" ilə bağlı bilinməyənlər: “Nakolka”lar hansı mənanı verir? - VİDEO

"Oğru aləmi" ilə bağlı bilinməyənlər: “Nakolka”lar hansı mənanı verir? - VİDEO
SOSİAL
14:15 20.12.2018
3746

Sovetlər dönəmində türmə həyatı yaşayan dustaqlar üçün tatuirovkalar çox ciddi önəm daşımışdı. Onlar bədən üzvlərinə döydürdüyü "nakolka”lar vasitəsilə öz xarakterlərini, arzu və ideallarını ətrafındakılara simvolik və yığcam şəkildə çatdırırdılar.

"Nakolka”lı adamlar cəza çəkmə müddətində belə meylli olduğu cinayətin növünü gizlətmək istəməmiş, həmin simvolikalarla hər şeyi açıqca deməyə çalışmışlar. Dustaqlar öz daxili aləmi, psixoloji durumu haqda informasiyalarını, əsasən, məişət əşyalarının, heyvanların, dini atributların və mistik görüntülərin köməyi ilə ötürmüşlər. Həm də dustaqlar bədənində gəzdirdiyi öz "nakolka”sına uyğun həyat tərzi keçirtməli, öz "nakolka”sına hər an cavabdeh olmalı idilər.

AZXEBER.CO, Femida.az-a istinadən ən populyar "nakolka”ların simvolik mənasını təqdim edir. 

EPOLET (çiyində yüksək çinli poqon) – Çiyninə saçaqları sallanmış poqon döydürən adam oğru qanunlarına uyğun çox ciddi xidmətləri ilə başqa dustaqlardan fərqlənir. Onların göstərişləri dustaqlar üçün qanundu. Belə "nakolka”ları bir qayda olaraq qanuni oğrular gəzdirir.

ÇİYİNLƏRDƏ SƏKKİZGUŞƏLİ ULDUZ – Belə "nakolka” gəzdirənlər inkarçılardı. Onlar türmə qanunlarına riayət etməyən, öz qanunlarını əsas tutanlardı. Bu ulduzları əsasən avtoritetlər və qanuni oğrular daşıyır.

AYAQ DİZLƏRİNDƏ SƏKKİZGUŞƏLİ ULDUZ – Dizlərinə belə ulduz vurduranlar heç vaxt türmə qanunlarına boyun əyməyəcəklərini, türmə rəhbərliyinə itaət etməyəcəklərini bildirirlər. Onlar öz qanunlarını dövlət qanunlarından üstün tutan qanuni oğrulardı.

KİLSƏ ŞƏKLİ – Dustaq bu "nakolka”da təsvir olunan kilsənin günbəzlərinin sayı qədər türməyə düşüb. Belə "nakolka”nı birinci dəfə sinəsinə döydürən dustaq nəzərdə tutduğu gələcək məhkumluqlarına yer saxlamaqdan ötəri kilsə şəklini bir tərəfdən döydürür ki, sonrakı "srok”lar üçün günbəz çəkməyə yer qalsın.


ŞİR BAŞI – Bu "nakolka”nı gəzdirənlər öz əzazilliyi və dəliqanlılığı ilə fərqlənənlərdi. "Şir”lər meşələrdə olduğu kimi türmələrdə də başçı rolunu oynamağı sevirlər. Onlar dövlətə, hakimiyyətə və polisə nifrət edirlər. Heç kimin səhvini bağışlamırlar.


Pələng başı. "Qəddarlıq və Qəzəb” mənasını verir. Bu tatunu vuran şəxslər avtoritetlərin göstərişi əsasında qisas alan şəxslər vurur. Daha çox sinədə və kürəkdə rast gəlinir

CANAVAR BAŞI – Canavar başını bədəninə döydürən dustaq mütləq ötkəm xarakterə malik olmalıdı. Belə dustaqlar ruhən əyilməyən, həm də fiziki cəhətdən güclü olmalıdı. Onlar dustaqlar arasında etibarlı insan imicinə malikdirlər. Xeyirxahdırlar. Lakin xəyanəti heç vaxt bağışlamazlar. Bəzən öz həyatında xəyanət görmüş dustaqlar Aya ulayan canavar "nakolka”sı gəzdirirlər. Belələri daha qəddar olur, tənhalığı sevirlər. 


ÇARMIXA ÇƏKİLMİŞ İSA – Sinəsinə belə "nakolka” döydürənlər kriminal aləmdə avtoritet kimi qəbul olunanlardı. Onlar təkcə türmələrdə yox, azad həyatda da xüsusi hörmətə malikdilər. Çarmıx qanuni oğruların sevdiyi simvolikadı. Bununla onlar özlərini arzuolunmaz qüvvələrdən hifz etmiş sanır, həm də getdikləri yolun müqəddəs olduğuna əminliklərini bildirirlər.


KİLSƏ ZƏNGLƏRİ – Öz məhkumluğunu son gününə qədər ("ot zvonka do zvonka”) çəkmiş dustaq kürəyinə kilsə zəngləri döydürür. Bununla dustaq çəkdiyi ağır cinayət maddəsini də deməyə çalışır.

QUCAĞINDA KÖRPƏ TUTMUŞ MƏRYƏM ANA – Kürəyində belə şəkil gəzdirənlər, adətən, yeniyetməlik dövründən türmələrə, oğru yollarına düşənlərdi. Buna oxşar dini şəkillər dustaqlar üçün, həm də qoruyucu mələk, ümid, inam simvoludu.


KÖRPÜCÜK SÜMÜYÜNÜN ALTINDA GÖZLƏR – Belə "nakolka” ilə dustaq hər şeyə diqqət etdiyini, daima satqınları axtardığını bildirir. Onlar satqınlara qarşı çox amansız olurlar.

BUYNUZLU BUĞA BAŞI – Sinəsində buğa başı gəzdirən dustaqlar, əsasən, qanuni oğruların əmrlərini yerinə yetirənlərdi. Onlar dustaqlar arasında da "Bık” (buğa) adlanırlar.

PİŞİK ŞƏKLİ – Mənzil, ev oğruları, adətən öz bədənlərinə pişik başı döydürürlər. Pişiklər həm də ehtiyatlı oğruların simvoludu. Ev oğurluğunda satqınlıq edən dustağı işarələmək üçün onun bədəninə boynunda kəpənək qalstuku olan pişik başı çəkirlər. 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir