“Ramazan ayının orucunu tuturam, vacibətən qurbətən iləllah”
İftar duası:
“İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey rəhməti geniş olan Allah, məni bağışla!”
Ramazan ayının üçüncü günü üçün dua belədir: “İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, məni bu ayda pis şeylərdən və qafillikdən uzaq et, ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ayır!”
Qeyd edək ki, Azərbaycanın bölgələrində imsaq və iftar vaxtı Bakı vaxtından bir neçə dəqiqə fərqlənir.