Oruc Zalov seçkilərdən danışdı: ‘Razılaşdırılmamış tədbirlərin qarşısı alınacaq’

Oruc Zalov seçkilərdən danışdı: ‘Razılaşdırılmamış tədbirlərin qarşısı alınacaq’
SİYASƏT
15:32 21.08.2015
1551

“Seçki keçirilən gün gücləndirilmiş mühafizə təşkil olunacaq”

“Polis dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşın hüququnu qorumalıdır. Seçkilərin şəffaf şəkildə keçirilməsi üçünDaxili İşlər Nazirliyixüsusi tədbirlər planı hazırlayıb. Burada seçkinin gedişinə əsassız müdaxilələrin qarşısının alınması, səsvermə hüququ olan vətəndaşların hüquqlarının təmin edilməsi nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib.

O. Zalov vətəndaşların seçkidə iştirakının təmin edilməsi üçün şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı prosesin oktyabr ayının sonuna qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu və səyyar “ASAN” xidmətlə hazırda yerlərdə bu sahədə işlərin görüldüyünü bildirib: “Əhalinin miqrasiyası ilə bağlı seçki komissiyalarının müraciəti əsasında polis seçici siyahılarının dəqiqləşdirilməsi üçün bütün yardımları edəcək. Polislər üçün treninqlər də təşkil olunacaq”.

O. Zalov vurğulayıb ki, namizəd qeydə alınıbsa, seçicilərlə görüşünə şərait yaradılacaq: “Sadəcə, yerli icra orqanları və seçki komissiyaları bu görüşlər barədə əvvəlcədən məlumatlandırılmalıdır ki, polis həmin görüşlər zamanı təhlükəsizliyi təmin etsin. Ancaq razılaşdırılmamış yerlərdə tədbirlər keçirilərsə, qanuna zidd şüarlar səsləndirilərsə, polis bütün gücü ilə bu halların qarşısını alacaq. Azərbaycanda yaradılmış ictimai-siyasi sabitlik imkan verir ki, əvvəlki seçkilər kimi bu seçkiləri də yüksək səviyyədə keçirək, seçilənin və seçənin hüquqlarını qoruyaq. Polis seçki komissiyaları ilə birgə seçkinin yüksək səviyyədə təşkil edilməsinə çalışacaq. Seçki keçirilən gün gücləndirilmiş mühafizə təşkil olunacaq, bülletenlərin məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına çatdırılması üçün polis sərəncamınızda olacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik