Su insan orqanizmi üçün ən vacib nemətlərdəndir. Ondan istifadənin azalması insan sağlamlığı üçün təhlükəli hesab edilir. Özəllilklədə Ramazanda orucların sudan istifadəsi azaldığından insanlarda boğaz quruması və səs tellərinin batması probləmləri meydana gəlir. Qidalanmasına xüsusi diqqət etməyən oruclar bu problemi ömür boyu daşıya bilərlər. Buna görədə iftarda yeyilən qidalara xüsusi diqqət edilməlidir.
Bəs Ramazanda bu cür probləmlər ilə qarşılaşmamaq üçün nə etmək lazımdır? Su səs tellərini qoruyan yeganə vasitədir. Onun sayəsində səs telləri bir-birindən məsaməli şəkildə dayanır ki, buda səslərin bir-birindən fərqlənməsinə səbəb olur. Gün ərzində yemək və içməkdən imtina edən insanların iftar zamanı bir başa yemək yemələri həm mədə, həm də səs tellərinə ağır zərbə vurur. Mütəxəssislər iftarda seçilən qidalarda insanları diqqətli olmağa çağırır.
Oruc olarkən bacardıqca az danışmalı, qışqırmaq kimi hallardan uzaq durmaq mütləqdir. İftarda isə yeməkdən öncə kifayət qədər su içmək lazımdır. İftar süfrənizə gəlincə isə oradan qarpız və şaftalını əksik etməyin.
Ramazan ayı ərzində oruc tutan insanların bədənlərində qan şəkəri düşür və qanda sodyum, protein maddələrində artım müşahidə olunur. Belə olduqda isə səs telləri gərgin vəziyyətə düşür. Susuzluğun yaratdığı gərginliyi də nəzərə alsaq vəziyyətin nə yerdə olduğunu anlamaq olar.
Uzun müddət ac susuz qalan insanlarda səs tonu qalınlaşır və səsin keyfiyyəti korlanır. Bu vəziyyət xüsusəndə müğənnilər, müəllimələr, hüquqmüdafiəşisi birsözlə danışması mütləq olan bütün iş sahibləri üçün narahatlıq yaradır.
Fatimə İbrahimova