"Orucluqdu belə geyinmək, qucaqlaşmaq olmaz deyənlərə demək istəyirəm ki..." - Pərvin

"Orucluqdu belə geyinmək, qucaqlaşmaq olmaz deyənlərə demək istəyirəm ki..." - Pərvin
MAQAZİN
16:54 31.05.2017
1498

 

Aktrisa Pərvin Abıyeva "Maşın” şouda rejissor Kənan Mahmudov üçün göz yaşları töküb.

AZXEBER.COM –un məlumatına görə, Pərvin Kənanı özünə ən böyük dəstəkçisi olduğun bildirib:

"Mən Allahın qarşısın da təmizəm. Məni bilən bilir. Mənim dünən Kənana görə ağlamağım, qucaqlaşmağımız kimlərinsə başına daş saldı. Amma bu səmimi hisslərdir. Mən bu şou da birinci dəfədir yarışıram. Kənan mənim arxamdı, dayağımdı. O getsəydi mənim qolum qanadım qırılacaqdır”.

Aktrisa Kənanın ailəsi ilə yaxın dost olduğunu da açıqlayıb. "Aygün və Kənan , məni tanıyanlar, ailəm, sevdiyim bilir necəyəm və bu dostluq nə dərəcə də səmimidir. Orucluqdu belə geyinmək, qucaqlaşmaq olmaz deyənlərə demək istəyirəm ki, bizim günahımıza girməyin. İnsanfınız olsun!”

Qeyd edək ki, "Maşın” şounun dünənki buraxılışın da Səbuhi Xanlarov SMS toölayacağı halda finalda rejissor Kənan Mahmudovu uzaqlaşdıracağını bildirib. Amma Səbuhi özü SMS faizlərinə görə yarışmanı tərk edib.

Nazim Qasımzadə

OXŞAR XƏBƏRLƏR