Orxan Əsgərovun dəfn mərasimi davam edir - FOTOLAR

Orxan Əsgərovun dəfn mərasimi davam edir - FOTOLAR
SOSİAL
13:19 30.01.2023
223
Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir.
 
AZXEBER.COM-un dəfn mərasimindəki əməkdaşları xəbər verir ki, Orxan Əsgərovun xatirəsinə hörmət əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb.
  
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.  
 
Dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digərləri iştirak edir.
 
Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. "Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.
 
Dəfn mərasimindən son görüntüləri təqdim edirik:
 
Aydın Nuri 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR