Orxan Lökbatanlı: "Ruhum hər şeydən küsüb"

Orxan Lökbatanlı: "Ruhum hər şeydən küsüb"
MAQAZİN
12:02 04.12.2023
195

Meyxanaçı Orxan Lökbatanlı yeni çıxan meyxanaçılarla verilişlərə çıxmaq istəməməsi xəbərinə açıqlama gətirib.

AZXEBER.COM xəbər verir ki, o, "ATV” telekanalındakı "Rəngarəng səhər” verilişində qonaq olarkən efirlərə dəvət alanda digər qonaqların kim olacağına önəm veridiyini bildirib.

"Heç kim məndən inciməsin. Amma mənim dövrümdə olan əsl söz ustalarının heç biri indi yoxdur. Kiminlə gəlim? Mən bu sənətdə saç ağartmışam. Amma yaşıdlarım var ki, hələ saçları heç ağarmayıb. Ruhum küsüb sanki hər şeydən. İndi mən məclislərdən də, efirlərdən də uzaq qaçıram.Verilişə gələndə baxmaq lazımdır kimlə gəlirsən. Bu gün gəldim əsl sənətkarlarla, ruhumun pası silindi”.

Qeyd edək ki, verilişin digər qonaqları Əməkdar artistlər Sevinc Sarıyeva və Nigar Şabanova olub.


 

Aysel

OXŞAR XƏBƏRLƏR