Orxan Lökbatanlının ustadı çətin sınaq qarşısında – VİDEO

Orxan Lökbatanlının ustadı çətin sınaq qarşısında – VİDEO
MAQAZİN
15:47 11.02.2026
310
ATV-də yayımlayan "Kəlmə-Kəlməyə” meyxana şousunda artıq ¼ mərhələnin 6-cı finalçısının adı bu həftə bəlli olacaq.

AZXEBER.COM xəbər verir ki, söz ustadlarının üz-üzə gəldikləri bu yarışmada ¼ final mərhələsinin növbəti iştirakçısı Aydın Hüseynov və Fariz Zeynalov arasında baş tutacaq cavab görüşündə bilinəcək.

Belə ki, bu iki meyxanaçı arasında baş tutan ilk görüşdə söz ustadları möhtəşəm deyişmə ilə bir-birilərinə heç də zəif rəqib olmadıqlarını sübut etdilər.

Məşhur meyxanaçı Orxan Lökbatanlının ustadı kimi tanınan Aydın Hüseynov tələbəsinin ona dəstək olacağına şübhə etmədiyini bildirib.

Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da yayımlanan "Kəlmə-Kəlməyə” meyxana şousunda bu həftə cavab görüşündə Fariz Zeynalov Aydın Hüseynovun qonağı olacaq.
 

OXŞAR XƏBƏRLƏR