Orxan Məmmədov: "Azərbaycanda mikrokreditlərin faizləri yüksəkdir"

İQTİSADİYYAT
10:24 23.10.2024
266
Azərbaycanda mikromaliyyələşmə xidmətləri xərc aparan proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edirlər.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

"Halbuki, sahibkarlıq subyektləri ehtiyaclarını təmin etmək üçün daha münasib şərtlərlə və aşağı faizli kreditlərə ehtiyac duyurlar. Buna görə də dövlətin bu sahədə maliyyə institutları ilə əməkdaşlığı daha da genişləndirilməli və maliyyə ehtiyaclarına çıxış sahibkarlar üçün daha əlçatan olmalıdır", - deyə o qeyd edib.

"Bəzi hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir, hətta cavab verdikdə belə, maliyyə institutları kiçik kreditlərin verilməsindən çəkinirlər", - deyə sədr əlavə edib.

Bundan başqa, O.Məmmədov deyib ki, "2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın reallaşması istiqamətində Agentliyin qarşısında qoyulan vəzifələr sırasında KOB subyektlərinin maliyyə əlçatanlığının artırılması da yer alıb: "Bu günə qədər KOBİA Bakı və regionlar üzrə 21 mindən çox sahibkarın iştirakı ilə 584 sahəvi görüş, maarifləndirmə tədbiri keçirib, eləcə də agentlik yanında İctimai Şuranın iclasları təşkil edilib. Bu tədbirlərin 56-sı 1 600-dən çox sahibkarın iştirakı ilə maliyyə, güzəştli kredit və bankçılıqla bağlı olmuşdur".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir