Orxan Zeynallı üç gün konsert verəcək

Orxan Zeynallı üç gün konsert verəcək
MAQAZİN
11:49 19.11.2025
123
Reper Orxan Zeynallı ilk dəfə olaraq 3 günlük böyük konsert proqramı ilə dinləyicilərin qarşısına çıxacaq.

AZXEBER.COM xəbər verir ki, o, 28-29-30 noyabrda Heydər Əliyev Sarayında səhnə alacaq.

Müasir musiqi səhnəsində öz dəsti-xətti ilə seçilən ifaçı bu dəfə tamaşaçılarını fərqli bir konsepsiya ilə qarşılayacaq. Hip-hop və xor tandemi ilə hazırlanan proqram ölkə musiqi həyatında tamamilə yeni bir yanaşma olacaq.
 
Aysel
OXŞAR XƏBƏRLƏR