Qalatasaray" klubu "Trabzonspor"u 3:0 hesabı ilə məğlub edərək Türkiyə Kubokunun sahibi olub.
AZXEBER.COM xəbər verir ki, görüşün qəhrəmani isə dubl edən Viktor Osimhen olub. Nigeriyalı hücumçu matçdan sonra gələcəyi ilə bağlı önəmli açıqlamalar verib:
"Burda karyeramda heç vaxt görmədiyim inanılmaz bir sevgi var. Mövsümün sonunda böyük bir qərar verməliyəm. Mövsümün sonuna qədər komandam üçün hər şeyimi verməyə davam edəcəyəm, sonra qərarın nə olduğunu görəcəyik".