AZXEBER.COM-un məlumatına görə, 85-ci "Oskar" mərasimində Amerikalı aktyor və kinorejissor Ben Afflekin "Arqo" filmi "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Aktyor Deniel Den-Lüis isə Stiven Spilberqin "Linkoln" filmindəki baş roluna görə "Ən yaxşı aktyor" nominasiyasında "Oskar"a layiq bilinib. "Ən yaxşı rejissor işi" nominasiyasında isə "Pi-nin həyatı" filminə görə Enq Li qalib gəlib."Ən yaxşı aktrisa" nominasiyasında "Mənim sevgilim dəlidir" filmindəki roluna görə Cennifer Lourens layiq bilinib. Onu da qeyd edək ki, o, səhnəyə çıxarkən yıxılıb. "Ən yaxşı film" nominasiyası üzrə bu gecənin qalibi Ben Affleckin "Arqo" filmi olub. Avstriyalı kinorejissor Mixael Hanekenin "Amour" filmi "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib gəlib. Avstraliyalı Kristof Vals kinorejissor Kventin Tarantinonun "Azad edilmiş Canqo" filmindəki roluna görə "Arxa planda ən yaxşı aktyor" nominasiyasında qalib gələrək karyerasında ikinci "Oskar"a layiq görülüb."Brave" mültfilmi "Ən yaxşı animasiya" filmi seçilib.Kinorejissor Co Raytın "Anna Karenina" filmi "Ən yaxşı kostyum işi", Tom Huperin "Səfillər"i isə "Ən yaxşı qrim işi" nominasiyasında qalib gəlib.Con Karsın "Kağız roman"ı isə "Ən yaxşı qısametrajlı animasiya filmi" nominasiyasında bütün rəqibləri üstələməyi bacarıb."Ən yaxşı operator işi" və "Ən yaxşı vizual effektlər" nominasiyalarında kinorejissor Enq Linin "Pi-nin həyatı" filmi qalib gəlib."Ən yaxşı qısametrajlı film" nominasiyasının sahibi "İndi, ya da heç vaxt" filmininin rejissoru, eyni zamanda baş rol ifaçısı Şon Kristensen olub."Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasında "Oskar" mükafatı "İnosente"yə, "Ən yaxşı sənədli film" nominasiyasında isə "Şəkər Adamın axtarışlarında" filminin olub.Daha sonra isə Enn Heteuey "Səfillər"dəki Fantina roluna görə "İkinci planda ən yaxşı aktrisa" nominasiyasının qalibi olub."Ən yaxşı montaj" nominasiyasında "Arqo" filmi "Oskar" alıb.
Qumru