''Oskar'' mükafatının qalibləri bəlli oldu

DÜNYA
19:31 07.09.2012
1610
Amerika kino sənəti akademiyası kaskadyor Xal Nidhamuya, sənədli filmlər müəllifi Don Alan Pennebekerə, rejissor və prodüser Corc Stivenson- kiçiyə fəxri "Oskar" mükafatının verilməsi barədə qərar qəbul edib.
Fəxri "Oskar" mükafatı yaradıcılıq həyatı boyu misilsiz uğurlara imza atan, kinematoqrafiya işinə əvəzsiz töhvələr verən, yaxud akademiyanın xeyrinə nümunəvi xidmətə görə verilir.
Nidham 300-dən çox təhlükəli tryukda iştirakı ilə məşhurlaşıb. Onun çəkildiyi filmlər arasında ən məşhuru 1973-cü ildə ekranlara çıxmış "Polis və bandit" komediyasıdır. Pennebeker 1993-cü ildə çəkdiyi " Hərbi otaq" filminə görə, Corc Stivenson- kiçik isə 30 illik uğurlu rejissor və prodüserlik fəaliyyəti dövründə kinematoqrafiya işinə verdiyi töhvələrə fəxri "Oskara” ayiq görülüb.
Mükafatın təqdimatı dekabrın 1-də "Hollivud end Xaylend" əyləncə mərkəzində olacaq.

OXŞAR XƏBƏRLƏR