"Oskar"a namizəd olan məşhur aktrisa öldürüldü

"Oskar"a namizəd olan məşhur aktrisa öldürüldü
DÜNYA
16:03 03.12.2021
467
Gənc yaşlarında şöhrət qazanan aktrisa Jonshel Aleksandr silahlı hücumda öldürülüb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, oskar mükafatına namizəd olan "Beasts of the Southern Wild” filminin ulduzu Jonshel Aleksandr silahlı hücumda öldürülüb.

Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən cinayətkar Nyu Orleanda Aleksandr və dostu olduğu avtomobilə atəş açıb. Aleksandr hadisə yerində ölüb, dostu xəstəxanaya yerləşdirilib.

Maska taxan cinayətkarın tapılması üçün araşdırmaya başlanılıb.

Qeyd edək ki, Aleksandr 2012-ci ildə "Beasts of the Southern Wild" filmində 12 yaşında ikən "Joy Strong" obrazını canlandırıb.

Ayşən Mirzəyeva


 
OXŞAR XƏBƏRLƏR