Oteldə yanğış baş verdi: 11 nəfər öldü

DÜNYA
08:48 15.04.2013
1113

Çinin Hubey əyalətinin Senyan şəhərində oteldə baş verən güclü yanğın 11 nəfərin ölümünə səbəb olub.

AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində daha 50 nəfər yanıq xəsarətləri alıb.Həkimlər yaralıların bəzilərinin vəziyyətini ağır olaraq qiymətləndirdiyindən, yanğın qurbanlarının sayının artacağı istisna edilmir.Polisin məlumatına görə, yanğın əvvəlcə internet-kafedə başlayıb, daha sonra yaxınlıqdakı otel binasına yayılıb. Qısa vaxt ərzində otelin 50 otağından 42-sini alov bürüyüb. Otel işçiləri və müştərilər evakuasiya edilib.

OXŞAR XƏBƏRLƏR