Otellə bağlı mənfi şərh yazdı, həbs edildi

Otellə bağlı mənfi şərh yazdı, həbs edildi
DÜNYA
11:49 18.07.2023
244
Taylandda bir otelin müştərisi onlayn səyahət proqramına mənfi şərh yazdıqdan sonra həbs cəzasına məhkum edilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, amerikalı Wesley Barnes adlı şəxs iyun ayında Taylandda qaldığı otel haqqında fikirlərini bildirdikdən sonra böhtan ittihamı ilə həbs edilib. O otelin işçilərinin heç kimi burda istməmədikləri 
kimi davrandığını bildirib. 

W. Barnes proqrama şikayətçi olduğu otelin işçi heyətinin  və menecerinin qorxunc olduğunu yazıb. 

Otel daha sonra Barnesdən şərhini silməsini istəyib.  Şərhi silməkdən imtina etdikdən sonra polis onunla əlaqə  saxlayıb. Ona böhtan atmaqda ittiham oldunduğu deyilib.

Bildirilib ki, Taylandda iki ilə qədər həbs və ya  6,300 dollar cərimə ilə nəticələnə bilən böhtan əleyhinə sərt qanunlar var.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR