AZXEBER.COM xəbər verir ki, Bruklin ailə üzvlərindən onunla yalnız vəkillər vasitəsilə ünsiyyət qurmağı tələb edib və adının mediada, eləcə də sosial şəbəkələrdə çəkilməsini qadağa qoyub.
Məlumata görə, bu addımın atılmasına səbəb Bruklin və onun həyat yoldaşı Nikola Peltsin nüfuzuna xələl gətirdiyini düşündüyü media yazıları olub. Belə ki, Bruklin son vaxtlar ailə üzvlərini sosial şəbəkələrdə də "bloklayıb".










































