"Oğullarını "mamauşağı" kimi böyüdürlər" - Vüsalə

MAQAZİN
16:05 22.04.2015
4499
Aparıcı Vüsalə Əlizadə “Gün üzü” verilişinin qonağı olub.Axşam.az-ın məlumatına görə, o, ana-oğul və gəlin münasibətlərindən bəhs edib:“Ailə qapalı qazandır. Kənardan baxanda başqa cür görünür. O evə daxil olanda ailənin iç dünyasını görürsən. Elə ailələr tanıyıram ki, anası yetkinlik yaşına çatmış oğluna hörmət qoymur. Valideynlər oğullarını "mamauşağı" kimi böyüdürlər. Oğul evlənəndə ana narahat olmağa başlayır. "Gəlin gəldi, oğlum onu sevdi, daha məni çox istəməyəcək" deyib, dava salır. Ana oğlunu həyat yoldaşının yanında pərt edir. Həmçinin valideynin övlada qısqanclığı ailədə söz-söhbət yaradır.
OXŞAR XƏBƏRLƏR