Oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanılıdı

Oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanılıdı
SOSİAL
16:24 28.01.2026
305
Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.

AZXEBER.COM xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR