Oğuz meşələrində ağacları kəsib milyonlar qazanan şəxslər kimlərdir? - Rayon sakinləri imdat diləyir (FOTOLAR)

Oğuz meşələrində ağacları kəsib milyonlar qazanan şəxslər kimlərdir? - Rayon sakinləri imdat diləyir (FOTOLAR)
SOSİAL
14:59 17.04.2017
13213
Oğuz rayonu ərazisində meşələrdə "yaşıl soyqırım" həyata keçirilir. 
 
Oğuz rayonu ərazisində fıstıq, vələs və palıd ağaclarının sıx olduğu meşələrdə vəhşicəsinə məhv edilir.
 
Bu barədə AZXEBER.COM-a rayon sakinləri məlumat verib. Məlumata görə, mart ayının sonunda ağır texnika növbəti dəfə meşələrdəki fıstıq və palıd ağaclarını doğrayıb. Rayon sakinlərinin yazdığı məlumata görə, bəzi işbazlar meşə sahələrini qıraraq odunları müxtəlif parket sexlərinə, mebel sexlərinə baha qiymətə satırlar. Kəsilən ağacların bir hissəsi isə əhaliyə odun kimi satılır. Hazırda rayon ərazisində bir maşın odunun qiyməti 500-600 manat arasındadır. Son günlər vəziyyət tamamilə nəzarətdən çıxıb.  Rayon sakininin sözlərinə görə, Xalxal, Muxas, Calud, Yemişənli, Filfili, Xaçmaz və digər kəndlərinin meşəliklərində demək olar ki, ağac qalmayıb. 

Artıq məlum "meşə soyqırımı" ilə bağlı Oğuz sakinləri sosial şəbəkələrdə səhifə də yaradıblar. Onlar dəfələrlə aidiyyatı qurumlara məlumat verdiklərini açıqlasalar da, heç bir tədbir həyata keçirilməyib. Bu səhifədə Oğuz meşələrindəki soyqırımla bağlı məlumatlar yazılır, şəkillər paylaşılır.  
 
Qeyd edək ki, məlum hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin Oğuz rayon Meşələrin Bərpası və Mühafizəsi İdarəsində son bir neçə ildə bir neçə rəhbər dəyişdirilib. Oğuz meşələrinin qanunsuz qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət əsasında Nazirlikdə bir neçə dəfə Komissiya yaradıb. Bu istiqamətdə aparılan araşdırmalarda bir neçə rəhbər vəzifəsindən çıxarılıb. Ancaq hazırki idarə rəisi də meşələrin kəsilməsi üçün tapşırıq verir. 
 
Xatırladaq ki, ötən gün Yasamal rayonu, Mətbuat prospekti, Ovçular evinin yaxınlığında da ağaclar məhv edilməsi ilə bağlı məlumat yayılmışdı. Ölkə mətbuatında və sosial şəbəkələrdə yayılan görüntülərdən sonra ölkə başçısı İlham Əliyev tapşırıq vermişdi. Belə ki, ağacları kəsib yerində bina tikmək istəyən şirkət 130 min manat cərimələnmiş, tikinti işləri dayandırılmış və faktla bağlı cinayət işi qaldırılmışdı. 
 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək