Oğuz rayonunun 7 kəndi su ilə təmin olundu

Oğuz rayonunun 7 kəndi su ilə təmin olundu
DÜNYA
09:29 13.03.2013
2095
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin, eləcə də respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. “Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən verilən məlumata görə, Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə işlər görülür.Proqram çərçivəsində Oğuz rayonun 7 - Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinin içməli su təchizatının yaxılaşdırılması layihələri uğurla başa çatdırılıb və Novruz Bayramı ərəfəsində yeni infrastruktur istismara verilib. Martın 11-də Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinə, martın 12-də isə Xaçmaz kəndinə suyun verilməsi ilə əlaqədar açılış mərasimləri keçirilib.“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hazırda “Azərsu” ASC-nin sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 300-dən artıq kənd və qəsəbəsində su layihələri uğurla icra olunur. 2013-cü ildə isə 10-a yaxın şəhərdə yeni layihələrə start veriləcək. Bu tədbirlərin tərkib hissəsi olan Oğuz rayonunun 7 kəndinin içməli su təchizatının yaxşılaşdırılması nəticəsində içməli sudan əziyyət çəkən 17 mindən artıq sakinin problemi öz həllini tapıb. Gələcəkdə rayonun digər kəndlərində də su layihələrinin icrasını planlaşdırırıq”.Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov həyata keçirilən layihənin rayonun sosial-iqtisadi inkişafına töhfə verdiyini qeyd edib və “Azərsu” ASC-nin regionlarda su təchizatı və kanalizasiya sistemlərini yenidən qurulması üzrə fəaliyyətinin yüksək qiymətləndirib. Göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından ölkə başçısına minnətdarlığını bildirən Eyvaz Qurbanov son illər Oğuzda infrastruktur layihələrinin icrasının sürətləndiyini söyləyib: “Bu gün istismara verilən içməli su layihələri ən gözəl bayram hədiyyəsidir. Novruz Bayramı ərəfəsində insanları sevindirmək əsl savabdır. Mən bu işlərdə əməyi olan hər bir şəxsə oğuzlular adından təşəkür edirəm və işiniz davamlı, uğurlu olsun deyirəm. Hazırda kəndlərlə yanaşı Oğuz şəhərinin özündə də su və kanalizasiya sistemləri tamamilə yenidən qurulur. Rayonumuzda həyata keçirilən su, təbii qaz, yol layihələri turizmin inkişafına böyük təkan verəcək və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq”.Açılış mərasimlərində çıxış edən kənd sakinləri neçə illərdir davam edən və kəndlərin ən böyük qayğılarından olan içməli su məsələsinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını bildirib.Qeyd edək ki, 2012-ci ildə icrasına başlanmış layihə çərçivəsində bulaq və çaylarda sugötürücü qurğular tikilmiş, ümumi uzunluğu 80 km olan magistral su xətti çəkilib. 7 kəndi fasiləsiz içməli su ilə təmin etmək məqsədi ilə ümumi tutumu 4600 kubmer olan 11 ədəd su anbarı tikilib, 223 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb. Kəndlərdə hər bir evə birləşmə verilib və 3425 ədəd su sayğacı quraşdırılıb.Layihənin icrası nəticəsində Oğuz rayonunun Xaçmaz kəndinin 7140, Böyük Söyüdlü kəndinin 1140, Kərimli kəndinin 3240, Bayan kəndinin 1770, Bucaq kəndinin 1480, Muxas kəndinin 1415 və Baş Daşağıl kəndinin 1265 sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
13:31 26.07.2025
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır
13:27 26.07.2025
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır