Oğuzda 47 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb

Oğuzda 47 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb
HADİSƏ
10:58 16.11.2025
107
Oğuz rayonunda 1978-ci il təvəllüdlü Zahirə Elxan qızı Qəhrəmanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.

AZXEBER.COM xəbər verir ki, hadisə Calud kəndindəki fermada baş verib.

Hadisəni törətməkdə onun oğlu, 2010-cu il təvəllüdlü O.Q şübhəli bilinir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Fakt araşdırılır.

\Report
OXŞAR XƏBƏRLƏR