Oğuzda avtomobil ağaca çırpıldı, bir ailənin üç üzvü xəsarət aldı

Oğuzda avtomobil ağaca çırpıldı, bir ailənin üç üzvü xəsarət aldı
HADİSƏ
19:57 04.01.2026
182
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Bucaq kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində Sarvan Piriyev, həyat yoldaşı Cəhanə Piriyeva və azyaşlı övladları müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR